Vaqif Sadıqovun komandası üçün 1,136 milyonluq təyyarə
14.04.2011 - 17:52
Vaqif Sadıqovun komandası üçün 1,136 milyonluq təyyarə
Rusiyanın “Anji” klubunun prezidenti Süleyman Kərimov növbəti dəfə səxavətini nümayiş etdirib. Apasport.az saytının məlumatına görə, 45 yaşlı milyarder komandasının uçuşları üçün elit təyyarə - Tu-154M-i kirayələyib. Bununla əlaqədar keçirilən tenderin qalibi olan Kərimov imzaladığı müqavilənin ilkin qiyməti 1,125 milyon rubla olub. Qiymət ticarətin yekuna görə 1,136 milyon rubla yüksəlib. Hazırda təyyarə Domodedovo hava limanındadır və müqavilənin şərtlərinə görə tenderin qalibi onu 5 gün ərzində oradan götürməlidir.

Bu təyyarə 2007-ci ildə o vaxt Samaranın qubernatoru olan Konstantin Titovun sifarişi ilə hazırlanıb. Orada VİP sərnişinlər üçün 8 yer, qubernator üçün istirahət otağı və duş kabinəsi olan apartamentlər var. Bununla bərabər, təyyarədə “ekonomklass” da var.

Qeyd edək ki, millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqovla futbolçusu Emin Ağayev “Anji”də müvafiq olaraq məşqçi və seleksiyaçı işləyir.