Kamran Ağayev: Mən içəri daxil olanda, iş-işdən keçmişdi
14.04.2011 - 23:02
“Komandamızın prezidenti Mais Mənsimov hazırda ölkə xaricindədir. Onun Vətənə qayıtmasını gözləyirəm. Elnur Allahverdiyev məsələsini belə qoymayacam”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın kapitanı Kamran Ağayev deyib.
Azərbaycan yığmasının da əsas çərçivə qoruyucusu olan Ağayev Elnuru “ağ-yaşıllar” üçün lazımlı futbolçu hesab edir: “Elnur səhvini boynuna alıb və üzr istəyib. Qalır rəhbərliyin onu bağışlaması. Mais müəllimlə danışıb, məsələni yoluna qoymağa çalışacam”.
Dieqo Souza qırmızı vərəqə alandan sonra özündən çıxan Allahverdiyev paltardəyişmə otağında braziliyalı yarımmüdafiəçiylə əlbəyaxa oldu. Ağayev penalti.az saytına açıqlamasında həmin vaxt hadisə yerində olmadığını deyir: “Oyun bitəndən sonra dərhal paltardəyişmə otağına yollanmadım. Matç ərzində narazı qaldığım bəzi epizodlarla bağlı iradlarımı hakimlərə çatdırdım. Mən içəri daxil olanda, iş-işdən keçmişdi. Orada olsaydım, hadisələrin bu səviyyəyə çatmasına mane olmağa çalışardım.”

0
0