Avrokuboklarda görünməmiş hadisə
15.04.2011 - 09:11
Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra yarımfinalda Portuqaliya cütünün qarşılaşacağı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, avrokuboklar tarixində eyni ölkə təmsilçiləri dəfələrlə üz-üzə gəlsə də, bunlar heç vaxt Portuqaliya klubları olmamışdı.
Yarımfinalda münasibətlərini aydınlaşdıracaq “Benfika” ilə “Braqa” bununla da Portuqaliya futbolunun tarixinə düşüb. Bu cütlük Avropa Liqası (əvvəllər Yarmarkalar kuboku və UEFA kuboku) tarixində eyni ölkə təmsilçilərinin 47-ci dueli olacaq.
Ümumiyyətlə isə avrokuboklarda 88 dəfə həmyerlilər bir-biri ilə mübarizə aparıb. Bu mövsüm Çempionlar Liqasında İspaniya nəhəngləri “Real”la “Barselona”nın, Avropa Liqasında portuqaliyalıların qarşılaşmalarını da nəzərə alsaq bu rəqəm 90-a çatacaq. Bu, Çempionlar Liqası, Avropa Liqası, Superkubok, artıq tarixin yaddaşına köçmüş Kuboklar kuboku və İntertoto kuboku yarışlarındakı ümumi göstəricidir.
Bu ilki “El Klassiko” avrokuboklardakı 27-ci ispan dueli olacaq. Azarkeşlər 18 dəfə İngiltərə, 16 dəfə Almaniya, 15 dəfə İtaliya derbisinə şahidlik ediblər. Fransa 5, Ukrayna 2 cütlüklə fəxr edirsə, Portiuqaliyaya qədər sabiq Yuqoslaviya, Rumıniya, Belçika, İsveçrə, Hollandiya və Çexiya komandaları bir dəfə üz-üzə gəliblər.

0
0