Lənkərana qayıdış, yaxud lider liderə qarşı
15.04.2011 - 09:25
Lənkərana qayıdış, yaxud lider liderə qarşı
Sabah Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, çempionluq uğrunda mübarizə aparan ilk üçlük Avroliqaya çıxmağa çalışan sonrakı üçlüklə münasibətlərini ayırd edəcək. Yəni bu, 1-4, 2-5 və 3-6-cı yerlərin görüşü olacaq və bununla da “altılıq”da ilk dövrəyə yekun vurulacaq.

Əslində “Neftçi” – AZAL oyununu liderin liderlə görüşü kimi də qələmə vermək olar. Məsələ ondadır ki, “Neftçi” çempionatımızın, AZAL isə “altılığ”ın lideridir. Yəni final mərhələsində ən çox xal toplayan, yaxşı göstəriciyə malik məhz “təyyarəçilər”dir. Onu da nəzərə alaq ki, AZAL hər 3 qələbəsini evdə, yeganə məğlubiyyətini səfərdə “Qarabağ”dan alıb. Bu mənada Nazim Süleymanovun çalışdırdığı komanda liderlə səfər sınağında nəyə qadir olduğunu göstərməlidir. “Neftçi” isə evdə daha çox qalib gəlir və “İnter”lə ötən tur səfərdəki bərabərlikdən sonra mütləq qələbə qazanıb, ən yaxın izləyiciləri ilə xal fərqinin azalmasına imkan verməməlidir.

Respublika stadionunda digər görüş də az maraq kəsb etmir. “Bakı” ilə “Qarabağ” cari mövsümdə 3-cü görüşlərini də bu arenada keçirəcək. Həmin vaxt rəqiblərini Respublika stadionunda qəbul edən ağdamlılar Suraxanıdakı arena hazır olandan sonra doğma məkanına qayıtdı. “Bakı” ilə “Qarabağ”la bir-birlərini evdə eyni hesabla yenib. Əsas rəqibləri “Neftçi” ilə “Xəzər Lənkəran”dan fərqli səfərdə oynayan “Qarabağ” xal itirərsə, işini daha da çətinləşdirəcək.

Lənkəranda 1 aylıq fasilədən sonra oyun keçiriləcək. “Xəzər Lənkəran” sonuncu dəfə evdə martın 18-də “Neftçi” ilə görüşmüşdü və bundan sonra Bakıda ardıcıl səfər matçlarına çıxmışdı. “Xəzər Lənkəran”la “İnter” bu il artıq 2-ci dəfə görüşəcəklər. Lənkəranlılar təsnifat mərhələsinin son turunda “Şəfa” stadionunda inamlı qələbə qazandı. “İnter”in uğursuzluğu bundan sonra başlandı və çempionluq titulunu qoruya bilməyəcəyi aydınlaşdı.

Tura ikinci “altılıq”da oyunla start veriləcək və “Muğan” bu dəfə “Şəfa”da “Turan”la oyunda nominal meydan sahibi olacaq. Komandalar cari mövsümdə hələ qalibi müəyyənləşdirməyib. Uzun fasilədən sonra Bakıda komandanı oyuna çıxaracaq “Gəncə”nin baş məşqçisi Mehman Allahverdiyev final mərhələsində yaxşı təsir bağışlayan autsayder MOİK-in qonağı olacaq. İkinci “altılığ”ın çempionu olmağa ən real namizəd “Qəbələ” Premyer Liqada qalması üçün son şanslarından istifadə etməli olan “Simurq”u qəbul edəcək.

16 aprel
15:00. "Muğan" - "Turan"
Bakı. "Şəfa" stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:0, 1:1

18:00. "Bakı" - "Qarabağ"
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Təsnifat mərhələsindəki oyunlar - 0:2, 2:0

19:00. "Xəzər Lənkəran" - "İnter"
Lənkəran. Şəhər mərkəzi stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:0, 3:1

17 aprel
15:00. MOİK - "Gəncə"
Bakı. "Bakı" klubunun təlim-məşq bazasının stadionu
Təsnifat mərhələsindəki oyunlar - 0:5, 0:1

15:00. "Qəbələ" - "Simurq"
Qəbələ. Şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar - 4:0, 2:0

16:00. "Neftçi" - AZAL
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Təsnifat mərhələsindəki oyunlar - 1:0, 0:0

Turnir cədvəli

1

Neftçi

26

16

8

2

45-11

56

2

Xəzər L

26

14

8

4

29-14

50

3

Qarabağ

26

15

4

7

33-16

49

4

AZAL

26

12

9

5

30-17

45

5

İnter

26

12

6

8

26-21

42

6

Bakı

26

9

8

9

29-24

35

7

Qəbələ

26

10

9

7

25-17

39

8

Muğan

26

8

8

10

19-27

32

9

Gəncə

26

5

11

10

25-31

26

10

Turan

26

6

6

14

20-37

24

11

Simurq

26

3

6

17

15-40

15

12

MOİK

26

2

5

19

9-50

11


Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15.