“Şakira ilə birlikdə xoşbəxtik”
15.04.2011 - 09:50
“Şakira ilə birlikdə xoşbəxtik”
İspaniya milli komandasının futbolçusu Xerard Pike məşhur müğənni Şakira ilə münasibətləri haqda ilk açıqlamasını verib. Apasport.az saytının məlumatına görə, “Barselona” klubunun 24 yaşlı müdafiəçisi sevgilisinin sosial şəbəkə vasitəsilə ona uğur arzulamasına münasibət bildirib.

Pike Şakiranın ona uğur arzulamasını hər ikisinin xoşbəxt olması ilə izah edib: “Bu sözləri ilə Şakira birlikdə çox xoşbəxt olmağımızı demək istəyib. İndiki vəziyyət də məhz belədir. Düzdür, indi paparatsilər tərəfindən mənə daha çox diqqət ayrılır. Lakin buna öyrəşməli oluram”.