Vaqif Cavadova top bağışlayan qapıçıya 21 milyon avro
15.04.2011 - 11:38
Vaqif Cavadova top bağışlayan qapıçıya 21 milyon avro
Almaniya yığmasının qapıçısı Manuel Noyer sərfəli təklif alıb. Apasport.az saytının məlumatına görə, “Şalke” klubu Çempionlar Liqasında uğurlu çıxışında pay sahiblərindən olan qolkiperə yeni müqavilə təklif edib.

Helzenkirhen təmsilçisi Noyerə 3 illik müqavilə üçün 21 milyon avro ödəməyə hazırdır. “Bavariya”nın da maraq dairəsində olan qapıçı klubunda qalacağı halda, ildə 7 milyon avro qazanacaq.

Qeyd edək ki, hazırkı müqaviləsi ilə ildə 2,5 milyon avro qazanan Noyer Avro-2012-ün seçmə mərhələsində keçirdiyi 5 görüşdə cəmi 1 qol buraxıb. Həmin yeganə qol da Azərbaycanla görüşə təsadüf edib.

Vaqif Cavadovun künc zərbəsindən sonra topu dəf edən Manuel “mərmi”ni Rail Məlikovun belinə çırpdı. Sıçrayan topun qapıdan keçməsi Noyerin yığmamıza “hədiyyəsi” idi. Lakin UEFA həmin topu avtoqol və ya Railin qolu kimi deyil qeydə almayıb Vaqifin hesabına yazdı.