Oyun alqı-satqısında yaxalananlar həbs edildi
15.04.2011 - 13:36
Oyun alqı-satqısında yaxalananlar həbs edildi
Bohum şəhər məhkəməsi futbol oyunlarının alqı-satqısında iştirak edən 3 şəxsə hökm oxuyub. Apasport.az saytının məlumatına görə, Almaniyanın daxili yarışlarından tutmuş Avropa Liqasınadək müxtəlif yarışlarda keçirilən qarşılaşmalarda çirkin əməllərlə məşğul olmaqda ittiham olunan cinayətkarlar layiqli cəzalarını alıblar. Onlara 3 ildən 3 il 11 aya qədər həbs cəzası verilib.

Futbolçulardan, hakimlərdən və turnirlərlə bağlılığı olan digər şəxslərdən yararlanan fırıldaqçılar ümumilikdə 32 oyunçunu öz idarəçilikləri arasında saxlayırmış. Lakin bu futbolçuların könüllü, yoxsa məcburən bu işlərə qatıldığı dəqiqləşməyib. Cinayətkarların bu əməllərdən 10 milyon avroya yaxın qazandığı ehtimal olunur.