Milli komandamız “Mario Riboldi”də
15.04.2011 - 13:05
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İtaliyada təlim-məşq toplanışında olan Vəli Qasımovun yetirmələri yerli “Renate” klubu ilə görüşəcək. D seriyasının B qrupunda çıxış edən rəqiblə matç sabah keçiriləcək. Bu matç Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
“Renate” klubunun rəhbərliyi yığmamız qarşısına çıxacaq əsas komandanın oyununa bilet satışı da təşkil edib. Görüş “Mario Riboldi” stadionunda baş tutacaq.
Qeyd edək ki, yığmamız İtaliyadakı ilk oyununda D seriyasının digər klubu “carpenedolo” ilə heç-heçə etmişdi – 1:1.

0
0