“Qarabağ” nə vaxt güləcək?
15.04.2011 - 13:49
“Bakı” yaxşı komandadır. “Altılıq”da qələbə qazana bilmədiklərindən, meydana 3 xal üçün meydana çıxacaqlar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Elvin Məmmədov deyib.
Adətən “Bakı”ya qarşı yaxşı oynayan gənc yarımmüdafiəçi bu dəfə də ümidlidir: “Hə, bəlkə də “Bakı”ya qarşı oyunum yaxşı alınır. Amma bunun hər hansısa xüsusi səbəbi yoxdur. Bütün oyunlara sona qədər motivasiya olmağa çalışıram”.
Elvin klubun saytına açıqlamasında sabahkı oyunun onlar üçün çox vacib olduğunu bildirib: “Bu, ən azından yenidən 2-ci pilləyə yüksəlmək üçün önəmlidir. AZAL əla sürət yığıb. Artıq nəfəsini hiss etdirir. Son 2 oyunda qələbə qazanmasaq da, elə də pis oynamadıq. “Bakı”yla oyun dönüş nöqtəsi ola bilər. Təbii ki, bütün oyunlarda olduğu kimi, “Bakı”yla matça da 3 xal üçün çıxacağıq. Gərgin oyun olacaq. Amma inanıram ki, sonda “Qarabağ” güləcək”.

0
0