Nazim Süleymanovdan apasport.az saytına dəstək
15.04.2011 - 14:01
“Saytınızın 100 illiyin rəmzi yığması layihəsi ilə tanışam. Mənim üçün də maraqlıdır və sizin layihənizi dəstəkləyirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının ilk kapitanı Nazim Süleymanov deyib.
Futbolumuzun ən yaxşı yetirmələrindən olan keçmiş hücumçu bu il Azərbaycan futbolunun 100 illik yubileyində belə layihənin olmasını təqdirəlayiq sayır.
Ancaq Süleymanov rəmzi komandanın seçimi, özünün orda olması ilə bağlı məsələni sorğuya qatılanların ixtiyarına buraxır: “Ümumiyyətlə, hər bir layihə, ideya, yenilik maraqlıdır və belə şeyləri dəstəkləyirəm. Ancaq bu, fərdi seçimdir və hər bir adamın fikrinə hörmətlə yanaşmaq lazımdır. Buna görə rəmzi yığmaya kimin düşəcəyini demək çətindir. Hər halda, bu, 100 illiyin komandasıdırsa, bura həmin müddətdə oynayan bütün futbolçular düşə bilərlər. Mənə elə gəlir ki, seçimi iştirakçıların özlərinə buraxmaq lazımdır. Mən deyə bilmərəm ki, rəmzi yığmada hansı nəslin futbolçuları daha çox təşkil edəcək. Ola bilər ki, müstəqillik vaxtındakı yetirmələrimizdən də düşənlər olsun”
Qeyd edək ki, Süleymanov milli komandamızın ilk qolunun müəllifi və ən yaxşı legionerimiz olub. O, 1995-ci ildə “Alaniya”nın heyətində qazandığı uğurla yeganə Rusiya çempionumuzdur, bu ölkədə ən çox qol vuran legionerlərdəndir. Süleymanov bir oyuna çıxardığı millimizin baş məşqçi postunu 2008-ci ilin aprelində almaniyalı Berti Foqtsa təhvil verdi.
Mehman SÜLEYMANOV

0
0