“Topaz” “Real” - “Barselona” qarşıdurmasını xüsusi oyun seçdi
15.04.2011 - 14:30
“Topaz” “Real” - “Barselona” qarşıdurmasını xüsusi oyun seçdi
“Topaz” həftəsonu keçiriləcək qarşılaşmalarda xüsusi oyunu seçib. Apasport.az saytının məlumatına görə, bu, aprelin 16-da keçiriləcək “Real” - “Barselona” görüşüdür.

Proqnozsevərlər “El Klassiko”da ilk və son qolun müəlliflərini, həmçinin matçda fərqlənəcək futbolçuları seçərək şanslarını yoxlaya bilərlər. “Topaz” bununla yanaşı, hesabın nə vaxt hansı klub tərəfindən açılacağını, qırmızı vərəqə və penaltilərin qeydə alınması ilə bağlı proqnozlara da pul qoyuluşu qəbul edəcək.