Klub prezidenti futbolçusuna ən ağır cəza istədi
15.04.2011 - 14:15
Klub prezidenti futbolçusuna ən ağır cəza istədi
14 yaşlı qıza təcavüz etməsi türkiyəli futbolu Ferdi Aksakala baha başa gəlib. Apasport.az saytının məlumatına görə, hücumçu oynadığı 2-ci liqa təmsilçisi “Gebzespor” klubundan qovulub.

Klub prezidenti Fatin Eyüpoğlu təcavüzə görə tutulan Ferdi ilə müqaviləni birtərəfli şəkildə pozduqlarını bildirib: “Biz futbolçumuzun etdiklərinə görə böyük üzünü yaşayırıq. Bu, fərdi olaydır və onu qınayıram. Bu olay nə idmançıya, nə də insana yaraşır. Təhqiqatın sonuna əsasən futbolçu günahkar çıxarsa, ona ən ağır cəza verilməsini istəyirəm”.