Azərbaycan yığması B qrupunda
15.04.2011 - 14:52
Azərbaycan yığması B qrupunda
16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hazırda İtaliyada olan Nikolay Adamın yetirmələrinin həmin ölkədə keçiriləcək beynəlxalq turnirdəki rəqiblərinin adları açıqlanıb.

Aprelin 23-25-də keçiriləcək yarışda 6 komanda iştirak edir. İştirakçılar 2 qrupa bölünüb ki, yığmamız B qrupunda yerli komandalar “Polisportiva-90” və “Sestele” ilə mübarizə aparacaq. A qrupunda isə İtaliya təmsilçiləri “Roma” ilə “Altopasçio” klubları Ukrayna “Şaxtyor”u ilə rəqib olacaqlar.

Qeyd edək ki, bu turnir Perucci və Nensininin xatirəsinə həsr olunan ilk turnirdir.