AFFA İspaniya futbolçularını Bakıya gətirir
15.04.2011 - 15:07
AFFA yeniyetmə futbolçular arasında beynəlxalq turnir keçirir. Apasport.az saytının məlumatına görə, Bakıda ilk dəfə olaraq təşkil edilən yarış iyunun 9-dan 17-dək olan müddəti əhatə edəcək.
“Caspian Cup” adlanacaq beynəlxalq turnirdə 1995-ci il təvəllüdlü futbolçulardan ibarət yığmalar mübarizə aparacaq. İştirakçılar arasında Azərbaycan, İspaniya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan milliləri iştirak edəcək.
Qeyd edək ki, turnirin təqvimi və oyunların keçiriləcəyi stadionlar hələ tam dəqiqləşməyib.

0
0