Samuel Eto’O “Qalatasaray” yolunda
15.04.2011 - 15:18
“Qalatasaray”ın prezidenti postuna namizəd Ünal Aysal verdiyi vədlərlə diqqəti özünə cəlb edir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, tarixinin ən zəif mövsümünü keçirən “Cim Bom”u dirçəltməyi qarşısına məqsəd qoyan 70 yaşlı iş adamı bildirib ki, prezident seçiləcəyi halda, kamerunlu Samuel Eto’O-nu transfer edəcək.
Aysan İtaliya “İnter”ində oynayan 30 yaşlı hücumçunun meneceri ilə əlaqə yaradıb: “Qalatasaray” camiəsində mənəvi durum sıfır vəziyyətdədir. Bütün komandanı və tərəfdarları həyəcanlandırmaq üçün tanınmış futbolçunun alınması lazımdır. Artıq çalışmalara başladıq. Samuelin keçidi ilə bağlı 10 milyon avro rəqəmini gözdən keçirirəm”.
Eto’O isə açıqlamasında bildirib ki, Türkiyəyə gəlməyə narazı deyil: “Niyə də olmasın? Daha öncə orada oynayan dostum, keçmiş “Qalatasaray”lı Riqobert Sonqla bu mövzuda danışıram”.
Qeyd edək ki, Aysal rumıniyalı Mirça Luçeskunu “Qalatasaray”ın baş məşqçi postuna qaytarmaq fikrindədir. “Milan”la cari mövsümün sonunda müqaviləsi bitən hollandiyalı yarımmüdafiəçi Klarens Zeedorfla da danışıqlara başlanılıb.

0
0