Berti Foqts tələbələrlə bir arada - FOTOSESSİYA
15.04.2011 - 16:01
Berti Foqts tələbələrlə bir arada - FOTOSESSİYA
Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Bakı Slavyan Universitetində (BSU) tələbələrlə görüş keçirib. Apasport.az saytının məlumatına görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Kamal Abdulla Foqtsu salamlayaraq, onunla görüşün tələbələrin böyük marağına səbəb olduğunu bildirib. Millimizin çalışdırıcısı çıxış edərək, bu tədbirin təşkilatçılarına təşəkkür edib. O, futbolçu və məşqçi karyerası barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Foqts çıxışını başa vurduqdan sonra tələbələrin çoxsaylı suallarını cavablandırıb. Abdulla almaniyalı mütəxəssisə rəhbərlik etdiyi təhsil müəssisəsinin hədiyyələrini təqdim edib. Sonra Foqts BSU-nun “Qonaqlar kitabı”na ürək sözlərini yazıb. Tədbirin sonunda universitetin tələbələri Foqtsla xatirə şəkli çəkdiriblər.

Mənbə: affa.az