“Bu problem aradan qaldırılarsa, oyunlar saytda yayımlanacaq”
15.04.2011 - 17:47
“İnter”lə oyunumuzun yayımlanmamasına səbəb heç bir televiziya şirkəti ilə müqaviləmizin olmamasıdır. Həmin müqavilənin vaxtında imzalanmaması isə başqa məsələdir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
O, Lənkərandan kənarda yaşayan azarkeşlərinin komandanın ev oyunlarını izləyə bilməməyindən narahat olduqlarını bildirib: “Mövsümün əvvəlində də danışıqlar apararkən telekanallarla ortaq məxrəcə gələ bilməmişdik. Onların irəli sürdüyü bəzi şərtlər bizi qane etmirdi. Məsələn, eləsi var idi ki, bütün oyunlarımızın gündüz vaxtı keçirilməsini istəyirdi. Bu, axşam efirinin dolu olması ilə izah olunurdu. Lakin biz stadiona gələn azarkeşlərimizi düşünürdük. Gəlib komandanı arenadan dəstəkləyən fanatlarımız üçün münasib olmayan vaxtda oynamaq düzgün olmazdı. Klub rəhbərliyi kimi, belə vacib matçlarımızın yayımlanmaması bizi də narahat edir. Düşünürəm ki, gələn mövsümdən bu məsələ də həllini tapar”.
“Xəzər Lənkəran” kimi heç bir kanalla müqaviləsi olmayan “İnter” ev oyunlarını azarkeşlərə internet saytı ilə təqdim edir. Nadirov bu variantın Lənkəranda mümkün olmadığını bildirib: “İnter”in rəsmi internet saytı ilə oyunlarının yayımlanmasından xəbərim var. Biz hələ 2006-cı ildə bu yöndə addımlar atmışdıq. Hər cür avadanlıqlar aldıq, kameralar quraşdırdıq. Lakin Bakı ilə Lənkərandakı şərtlər eyni deyil. Bu, internetin sürətində aşkar hiss olunur. Əyalətdəki internet futbol matçını canlı yayımlamaq üçün əlverişli deyil. 5 il əvvəl biz test rejimində bir neçə oyunu da yayımladıq. Lakin internetin sürəti üzündən yayımın səviyyəsi bizi qane etmədi. Əgər gələcəkdə bu problem aradan qaldırılarsa, oyunlar saytımızda yayımlanacaq”.

0
0