“Eyni halın təkrarlanması bu dəfə də mümkündür” - MÜSAHİBƏ
15.04.2011 - 23:04
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi
- Çempionatın sonuna 6 tur qalmış komandanız liderdən uzaq düşüb. Artıq çempionluq ümidlərinizi üzməmisiniz ki?
- Xeyr. Qarşıda hələ 6 tur var. Yadınızdadırsa, ötən mövsüm hər şey son turda həll olundu. Eyni halın təkrarlanması bu dəfə də mümkündür.
- Sizcə, 6 xallıq fərqin 6 turda aradan qaldırılması mümkün olacaq?
- Əlbəttə. Ən əsası odur ki, lider “Neftçi” ilə öz aramızda oyun qalıb. Bu, bizim xeyrimizə olan amildir.
- Bu fərqi aradan qaldırmaq üçün “Neftçi”nin xal itirməsi ilə iş bitmir. Gərək komandanız da qələbə qazansın. Lakin 4 turdur qalib gələ bilmirsiniz...
- Bu gün “Neftçi”dən 6 xal geridə olmağımız məhz öz xal itkilərimizlə bağlıdır. Komanda gözəl oynayır, lakin nəticə qazana bilmir. Qol imkanlarından istifadə edə bilmirik. Nəticədə ya heç-heçə olur, ya da AZAL-la oyundakı kimi məğlubiyyət.
- Belə çıxır ki, xal fərqinin artmasını komandanızın oyunu ilə bağlayırsınız. Hərçənd, ictimaiyyət arasında belə bir fikir də formalaşıb ki, hakimlər və digər kənar qüvvələr əsas rəqibiniz olan “Neftçi”yə kömək edir, sizi isə sıxışdırırlar...
- Hakimlərin kimə kömək etdiyi haqda şərh verə bilmərəm. Bu, mənim işim deyil. Onu deyə bilərəm ki, hakimlər “Xəzər Lənkəran”a qarşı çox haqsızlıqlar edir, ədalətsiz qərarlar verirlər. Lakin bunun hansısa komandanı çempionluğa dartmağa xidmət etdiyini, hakimlərin aşağı səviyyədə olması ilə, ya da başqa səbəblə bağlı olduğunu deyə bilmərəm.
- Belə hakimlik komandanı, klub rəhbərliyini həvəsdən salmır ki?
- Bilirsiniz, “Xəzər Lənkəran” dəfələrlə hakim haqsızlığına, ədalətsizliklərə baxmayaraq qalib gəlmək bacardığını da göstərib.
- İstənilən halda, bunun təsiri olmamış olmaz...
- Əlbəttə ki. Bu, futbolçuları müəyyən qədər ruhdan salır. Biz də klub rəhbərliyi olaraq çalışırıq ki, müəyyən addımlar ataq.
- Hakimlərdən ən çox Anar Salmanovla Əfqan Həmzəyevin səhvlərindən əziyyət çəkmisiniz. Onlar növbəti oyunlarınıza təyinat alsalar, hansısa addım atmaq fikriniz var?
- Ölkədə Hakimlər Komitəsi, PFL var. Biz onların işinə qarışıb nə deyə bilərik ki? Təyinatı da onlar verir. Lakin hakim “Xəzər Lənkəran”ın oyununa gələndə məsuliyyəti dərk etməlidir. Başqa komandaların oyunlarındakı kimi, 300-500, və ya 200 azarkeşin qarşısında çıxan hakim daha böyük auditoriya önündə məsuliyyətli olmalıdır. Axı 5-10 min insanın qarşısında matç idarə etmək fərqlidir.
- Komanda rəhbərliyi tərəfindən cəzalandırılan Elnur Allahverdiyevin məsələsində nə isə yenilik var?
- Elnur klubdaxili iclasda əsas komandadan kənarlaşdırılıb. Lakin onunla müqaviləmiz var və bizim oyunçu sayılır. Onun əvəzedici komandada oynayıb-oynamaması isə məşqçilərin işidir. Əsas komandaya qayıtması isə bu məsələyə yenidən baxılmasa, mümkün deyil. Lakin həmin məsələnin yenidən müzakirə olunması hazırda gözlənilmir.
- Son oyunda qırmızı vərəqə alan Dieqo Souzanın rəhbərlik tərəfindən cəzalanıbmı?
- Hər komandanın öz daxili nizam-intizam qaydaları olur. Futbolçular da buna uyğun olaraq müxtəlif cərimələrə məruz qalırlar. O ki qaldı klub rəhbərliyi tərəfindən hər hansı cəzanın verilməsinə, buna ehtiyac olmadı. Çünki Dieqo sırf oyun epizodunda aldığı 2-ci sarı vərəqə üzündən meydandan kənarlaşdırıldı. O, hər hansı aşkar kobudluq etsəydi və ya rəqibini vursaydı onu cəzalandırardıq. Amma oyun epizoduna görə bunu etmək düzgün deyil. Həm də ki, o bunu bilərəkdən etməyib. Çoxdan oynamayıb yenicə heyətə dönən futbolçu özü istəyər ki, cəzalansın?

0
0