Berti Foqts 3 oyunu izləyəcək
15.04.2011 - 18:19
Berti Foqts 3 oyunu izləyəcək
Aaprelin 14-dən etibarən Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts U-17-nin bu gün Mərdəkandakı “Dalğa” stadionunda keçirilən məşqi izləyib.

Qeyd edək ki, Foqts Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində aprelin 16-da “Muğan” – “Turan” və “Bakı” – “Qarabağ”, aprelin 17-də isə “Neftçi” - AZAL oyununu izləyəcək.