“Biz hamımız AZAL rəhbərliyi üçün sevimli futbolçularıq” - MÜSAHİBƏ
15.04.2011 - 23:34
AZAL-ın qış “transfer pəncərəsi” dövründə heyətinə qatdığı Gennadi Bliznyuk ideal formasından uzaq olsa da, səviyyəsini ortaya qoymaqdadır. Vaxtilə Belarusun ən istedadlı futbolçusu sayılan forvard əksər oyunlarda meydana yarımmüdafiəçi kimi çıxsa da, artıq hesabına iki qol yazdırıb və komandasına 6 mühüm xal qazandırıb.
Karyerası boyu Belarus, Rusiya və Almaniyada çıxış edən futbolçu AZAL-ın xoşbəxtliyindən növbəti dəfə ölkəmizdə “lövbər” salıb.
- Son iki oyunda vurduğunuz qollarla komandana 6 mühüm xal qazandırmısınız. Özünüzu bu oyunların qəhrəmanı sayırsınız?
- Prinsipcə, futbol komanda oyunudur və qələbə olubsa, buna bütün komanda layiq görülüb. Hesab etmirəm ki, hər şey yalnız məndən asılı idi və tək mənim hesabıma qələbə qazanmışıq. Bütün komandaya “əhsən” düşür və hamı çox şaddır.
- Sizi AZAL-ın yeni lideri adlandırmaq olar?
- Yox-yox, belə deməzdim. Bunun üçün çox tezdir. Sadəcə, komanda müsbət nəticə qazandı, vəssalam. Futbol elə oyundur ki, burada təkbaşına böyük iş görmək mümkün deyil, bu kollektiv oyundur. Odur ki, bu uğuru bütün komanda qazanıb və iki qola görə məni lider və ya qəhrəman adlandırmaq düzgün deyil.
- Bəs son zamanlar AZAL rəhbərliyinin sevimli futbolçusuna çevrilməyinizlə bağlı informasiya haqda nə deyərdiniz? Rəhbərliyin futbolçulara münasibəti necədir?
- Məncə, rəhbərliyin hamımıza münasibəti eynidir, sevimli oyunçu statusu heç kimə verilməyib. Bir də ki, məncə, belə də olmalıdır. Ya da ki başqa cür deyim: hamımız rəhbərlik üçün sevimli oyunçuyuq.
- Maraqlıdır ki, məhsuldar oynamağınıza baxmayaraq, bir müddətdir ki, oyunlara zədəli çıxırsınız və aydındır ki, tam gücünüzlə oynaya bilmirsiniz...
- Bəli, zədə üzündən iki həftə buraxmalı oldum, məşq edə bilmədim. Elə bu səbəbdəndir ki, hələlik iki hissə oynamağa gücüm çatmır. Amma qorxulu bir şey yoxdur, tezliklə, fiziki kondisiyalarım geri qayıdacaq.
- AZAL-da meydandakı mövqeyinlə bağlı bir məqama aydınlıq gətirmək istərdik. Əvvəlki klublarında daha çox ikinci hücumçu qismində oynamısınız. Burada isə ilk oyunlarda sağ cinahda oynayırdınıx. “Bakı”ya qarşı son oyunda da komanda yoldaşın zədələndikdən sonra mövqeyini dəyişdin. Fərqli mövqedə oynamaq çətinlik yaradırmı?
- Düzdür, yarımmüdafiənin sağ cinahında oynamaq bir az çətin gəlir mənə. Amma bəzən elə vəziyyət yaranır ki, zonanı bağlamalı olursan. Bəzən belə şeylər ola bilər.
- Artıq həm AZAL-ı, həm də rəqiblərlə tanış olmusuz. “Neftçi”dən başqa “altılığ”ın bütün komandalarına qarşı oynamısınız. Necə düşünürsən, komandanızın potensialı mövsümü ilk “üçlük”də başa vurmağa imkan verirmi?
- Hesab edirəm ki, komandamızda səviyyəli futbolçular toplanıb və hadisələrin xeyrimizə cərəyan edəcəyi halda bu məqsədə çatmaq gücümüz daxilindədir.
- Belarusda, Rusiyada, hətta Almaniyada da çıxış etmisiniz. Azərbaycan Premyer Liqasını çıxış etdiyiniz əvvəlki yarışlarla müqayisə edə bilərsənmi?
- Müqayisə etmək istəməzdim. Sadəcə, onu deyim ki, Azərbaycan çempionatı maraqlı yarışdır, maraqlı komandalar, rəqiblər var. Konkret nəsə demək çətindir. Qısaca, onu deyə bilərəm ki, ilk “altılıq”dakı komandaların səviyyəsi kifayət qədər yüksəkdir.
- Azərbaycan Premyer Liqası ilə tanış oldunuz. Yarışın real səviyyəsinin gördüyün kimi olacağını gözləyirdinizmi?
- Burada xeyli legioner, özü də adı-sanı olanlar çıxış edir. Düzü, bilirdim və gözləyirdim ki, Azərbaycanda çempionatın səviyyəsi yüksək olacaq.
- Əksər xarici ölkələrdə hesab edirlər ki, futbolçu bura gəlməyə razılıq verirsə, deməli, futbolla qurtarmağa qərar verib və beynində ancaq Azərbaycanda pul qazanmaq fikri var. Belarusda da belə fikir var?
- Məncə, xeyir. Düzdür, bu, subyektiv fikrimdir ki, Belarusda belə düşünmürlər.
- Növbəti turda çempionatın lideri “Neftçi” ilə görüşürsüz. Futbol ictimaiyyətində belə rəy formalaşıb ki, ən yaxın rəqibini 6 xal qabaqlayan “ağ-qaralar” sizi də üstələsə, daha qarşısıalınmaz olacaq.
- Çətin, gərgin oyun olacaq. Biz də, onlar da müsbət nəticə qazanmağa, xal götürməyə çalışacağıq.
- AZAL “Neftçi”ni udmağa qadirdir?
- Niyə də yox? Axı, meydana yalnız müsbət nəticə qazanmaq istəyi ilə çıxacağıq. Əgər əksini fikirləşsəydik, oynamağın nə əhəmiyyəti olardı.
Mənbə: Sport Favorit qəzeti

0
0