Vaqif Sadıqov: Mən “Anji” klubunda önəmli fiqur deyiləm
15.04.2011 - 23:40
“Mən “Anji”də o qədər də önəmli fiqur deyiləm. Rəhbərlik və baş məşqçi qərar veribsə, buna etiraz etməyə haqqım çatmır”. Bunu apasport.az saytına açıqlamasında “Anji” klubunun məşqçisi Vaqif Sadıqov deyib.
Millimizin sabiq çalışdırıcısı Mahir Şükürovun “Anji”dən kənarlaşdırmağına və futbolçunun söylədiyi ittihamlara cavab verib: “Mahiri əvəzedici heyətə göndərəndə, pisinə gəlməsin deyə, baş məşqçi Hacı Hacıyevdən xahiş etdim ki, ona bu qərarı özüm başa salım, ruhdan düşməməsi üçün bəzi sözlər deyim. Mahirin futbolçu kimi yetişməsində mənim də az-çox rolum olub, necə ona pislik arzulaya bilərəm? Son qərar veriləndə, inanın ki, əlimdən gələni etdim – bunu Allah bilir. Səlahiyyətim çərçivəsində Hacıyevi fikrindən daşındırmağa səy göstərdim. Amma yenə deyirəm, burada qərarı mən vermirəm”.

0
0