“Məni “Neftçi”nin necə oynaması narahat etmir”
15.04.2011 - 23:49
"Altılıq"da qələbəyə həsrət qalan "Xəzər Lənkəran" çempionluq şanslarını saxlamaq üçün "İnter"ə qalib gəlməlidir. Cənub təmsilçisinin lider "Neftçi"dən 6 xal fərqi olsa da, baş məşqçi Mirça Rednik komandasının sona qədər mübarizə aparağına əmindir:
- Komandanın son oyunlarda xeyli xal itirməsi və "Neftçi"ni 6 xal irəli buraxmasının səbəblərini müəyyənləşdirə bilmisinizmi?
- Bu mənə də qəribə gəlir. Çempionatın ilkin mərhələsində zəif heyətlə uğur qazanırdıq. İndi komanda daha məzmunlu və baxımlı oyun göstərir, amma xal itiririk. "Altılıq"da dörd oyunun 3-ünü səfərdə keçirmişik. "Bakı" və AZAL-a mütləq qalib gəlməliydik. Lakin istənilən nəticəni əldə edə bilmədik. Bunu bəxtlə də əlaqələndirirəm. Amma təqvim də əleyhimizədir.
- Bəlkə qış toplanışında zamanı hazırlıqda nöqsanlar olub ki, indi ən mühüm məqamda komanda ideal formadan uzaqdı?
- Antalyadakı təlim-məşq toplanışına qədər heyətdə dəyişikliklər oldu. 12 futbolçu heyətdən kənarlaşdırıldı, yeniləri sınaqdan keçirdik. Fasilədən sonra çempionata daha yaxşı başladıq. AZAL-a, "İnter"ə qalib gəldik və "Neftçi"ni kubokdan kənarlaşdırdıq. Sadəcə, bəxtsizlikdir. Deməzdim ki, "Neftçi" ilə xal fərqi altıdır. Çünki "Neftçi" ilə daha bir oyunmuz var və mən 3 xal fərqindən danışardım.
- Sözünüzdən belə çıxır ki, artıq "Neftçi"yə qalib gəlmisiniz?
- "Neftçi" ilə beş dəfə qarşılaşmışıq. İkisində udmuşuq, üçü heç-heçə başa çatıb. “Neftçi”yə yenə qalib gələcəyimizə əminəm.
- Bəs uğur üçün nə çatmır?
- Bir sıra problemlər hələ də qalır. Pitsurka, məlum səbəbələrə görə, getdi. Parks hücumda tək qalıb. Opara zədəli olduğundan əvvəlki formadan uzaqdır. Vobay da milli komandasının düşərgəsindən gec qayıtdı: orada iki həftə vaxt itirdi, məşqələrə qoşula bilmədi. Ruslan Poladov xeyli müddətdir meydandan kənar qalıb, Stankunun yüngül zədəsi var idi - məşqlərə təzəcə qoşulub. Bu amillər oyunumuza təsir edir. Nəticədə uğursuzluq zolağına düşdük.
- Yəqin hələ çempionluqdan əlinizi üzməmisiniz. Amma son turlarda "Neftçi"nin xeyrinə hakimlərin yanlış qərarlarının da şahidi oluruq. Bütün reallıqları nəzərə alsaq, nəyə ümid qalır?
- Hələ əsas mərhələdə qələbə qazanmamışıq. Məni "Neftçi" və "Qarabağ"ın necə oynaması narahat etmir. Heç nəyə fikir verməyib sona qədər mübarizəmizi davam etdirməliyik. Psixoloji gərginliyi aradan götürmək üçün nəinki "İnter"lə oyunu, eləcə də qalan oyunları qələbə ilə başa vurmalıyıq. Başqa yolumuz yoxdur. Hakimlərin kimə kömək etməsi isə başqa bir mövzudur.
- O zaman başqa mövzuya keçək. Məsələn, ölkə kubokunda "Neftçi" ilə oyununuzdan başlayaq.
- Kubok oyununda hakim qərarı yanlış idi. Mən heç kimi təhqir etməmişdim. Hakim heç nədən məni texniki zonadan uzaqlaşdırdı. Bundan sonra mənə 5 oyunluq cəza və pul cəriməsi də kəsildi. Bu düzgün qərar deyil. Ya oyun olmalıdır, ya da pul. Hakimlərin "Xəzər Lənkəran"a qarşı sərt mövqe tutmasını faktlarla göstərə bilərəm. Bunu hakimlərlə mərhələ-mərhələ həyata keçirdilər. Əvvəlcə, qapıçılarla işləyən məşqçi Hafiz Əliyevi cəzalandırdılar. Ardınca köməkçim cərimələndi və bir oyun texniki zonadan kənarlaşdırıldı. Ondan sonra papağımı yerə vurduğuma görə, məni həm cərimələdilər, həm də pul cəzası kəsdilər. Karyeram boyunca belə cəza almamışdım. Demirəm hakimlərdən kömək umuruq. Tələbimiz budur: hakimlər düzgün oyun idarə etsinlər. İndiki məqamda bundan danışmaq yersizdir. Belə gedişlə, Azərbaycan futbolunun inkişafından danışa bilmərik.
- Qarşıda "İnter"lə oyun var. Bank təmsilçisi, faktiki olaraq, medallardan əlini üzüb. Bunun "Xəzər Lənkəran"a faydası ola bilər?
- "İnter"in itirəcəyi heç nə yoxdur. Hər oyuna rahat çıxırlar. "Neftçi"yə qarşı necə oynadıqlarını gördüm. Hakimin yanlış qərarı olmasaydı, "İnter" qələbə qazanacaqdı. Penalti epizodunu deyirəm. Ona görə də rəqibi düzgün qiymətləndirmək lazımdır. Bu oyunda xal itirməmək üçün işimizi ehtiyatlı tutmalıyıq. "İnter"lə oyuna dönüş nöqtəsi kimi baxırıq. Uğursuzluğa bu oyunda son qoymalıyıq.

0
0