Sxadadze gürcü futbolçuları bizimkilərdən qat-qat güclü sayır
15.04.2011 - 23:55
Sxadadze gürcü futbolçuları bizimkilərdən qat-qat güclü sayır
“Neftçi” ilə oyundan (1:1) sonra komandasını iki günlük istirahətə buraxan Kaxaber Sxadadze vətəninə baş çəkib və orada “Rustavi-2” telekanalının “Futbol gecəsi” verilişinin qonağı olub. Apasport.az saytının xəbərinə görə, Sxadadze Gürcüstan çempionatının 29-cu turunun mərkəzi görüşü “Zestafoni” ilə Tiflis “Dinamo”sunun oyunu haqda fikir bildirərkən, Azərbaycanın futbol potensialına da toxunub: ““Zestafoni” – “Dinamo” oyununda xeyli gəncin meydana çıxması məni sevindirdi. Onu deyim ki, sadəcə, bu oyunda meydana çıxan güclü gürcü futbolçularının sayı bütün Azərbaycan çempionatında oynayan və səviyyəsi ilə seçilən yerli futbolçulardan çox idi. Hərçənd orada futbola milyonlarla pul yatırırlar...”

Sport Favorit