Kaxaber Sxadadze: Seçdiyimiz taktikaya uyğun oyun göstərdik
16.04.2011 - 20:49
“Çox gözəl oyun oldu. Azarkeşlər və stadion da yaxşı idi. Seçdiyimiz taktikaya uyğun oyun göstərdik”. Apasport.az saytının xəbərinə görə, bunu “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Premyer Liqanın XXVII turunda paytaxt təmsilçisi “Xəzər Lənkəran”ın qonağı olub. 1:1 hesabı ilə başa çatan oyun haqda fikirlərini bildirən gürcü çalışdırıcı hakimlikdən razı qalıb: “Hakimliklə bağlı heç bir problem olmadı, normal hakimlik oldu. "Xəzər Lənkəran"a uğurlar arzulayıram, öz futbolçularımdan razı qaldım”.

0
0