Turun mərkəzi oyununun hakiminə hədə-qorxu gəliblər
17.04.2011 - 21:43
Moldova çempionatının hesabat turunda qeyri adi-hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “Rapid” – “Daçiya” qarşılaşmasının baş hakimi Vlad İvançenko görüşə gəlməyib. Ehtiyat hakimin idarə etdiyi görüşü elə 3 ədalət təmsilçisi yola verməli olub. Baş hakimin matça gəlməməsi isə ona hədə-qorxu gəlinməsi ilə bağlı olub. Matçın startına az qalmış federasiyaya müraciət edən referi sms-lə anonim hədə-qorxular aldığını və bu üzdən karyerasını bitirməyə qərar verdiyini bildirib. Artıq məsələ ilə hüquq-mühafizə orqanları məşğul olur.
Qeyd edək ki, turun mərkəzi oyunu olan “Zimbru” – “Şerif” matçına təyinat alan Gennadi Sidenko da eyni halla üzləşib. Lakin o, buna əhəmiyyət verməyərək oyunu idarə edib.
Qeyd edək ki, turun mərkəzi oyunu olan “Zimbru” – “Şerif” matçına təyinat alan Gennadi Sidenko da eyni halla üzləşib. Lakin o, buna əhəmiyyət verməyərək oyunu idarə edib.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0