Türkiyədəki təmsilçimiz sensasiyanın iştirakçısı oldu
18.04.2011 - 08:42
Türkiyə çempionatının birinci dəstəsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolunun qonşu ölkədəki yeganə təmsilçisi olan Ernani Pereyranın çıxış etdiyi “Mersin İdman Yurdu” klubu 29-cu qarşılaşmasına çıxıb. Yığmamızın sabiq müdafiəçisinin komandası Bank Asiya I Liqada qalmaq üçün mübarizə aparan “Altay”la ev oyununda gözlənilmədən məğlub olub – 2:3. Milliləşən braziliyalımız bu görüşdə 90 dəqiqə meydanda olub. Onun əməyi Türkiyə mətbuatı tərəfindən 1 ulduzla qiymətləndirilib.
Qeyd edək ki, 29 oyundan sonra 49 xala malik mersinlilər turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıblar.
Qeyd edək ki, 29 oyundan sonra 49 xala malik mersinlilər turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıblar.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0