Yenə 0:2 - YENİLƏNİB
18.04.2011 - 21:30
Yenə 0:2  - YENİLƏNİB
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri İtaliyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 2-ci görüşünə çıxıb.

Yığmamızın yerli “Montechiari” klubunun U-16 komandası ilə matçda qüvvəsini sınayacağı bildirilsə də, rəqib həmin klubun U-17 komandası olub. Qarşılaşma 2:0 hesabı ilə İtaliya təmsilçisinin xeyrinə başa çatıb.

Qeyd edək ki, yığmamız İtaliyadakı ilk oyununda “Atalanta” klubundan olan həmyaşıdlarına 0:2 hesabı ilə uduzmuşdu.