“Qəbələ”dən tarixi qol
18.04.2011 - 11:08
Serbiyalı futbolçu Milan Antiç “Qəbələ” klubunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi 2005-ci ildə yaradılan komandanın 250-ci qolunu vurub. “Simurq”la qarşılaşmada hesabı açan Antiçə qədər “Qəbələ” müxtəlif turnirlərdə üst-üstə 249 dəfə fərqlənmişdi. Son görüşdən sonra isə bu rəqəm 252-yə çatıb.
2005/06 mövsümünü I dəstədə çempion olan qəbələlilər həmin vaxt 72 topa imza atmışdı. Ölkə kubokunda 38 qolun sevincini yaşayan “Qəbələ” “Simurq”la oyunadək Premyer Liqada 139 dəfə rəqib qapısına yol tapmışdı.
Qeyd edək ki, əvvəllər “Göy-Gol” və “Gilan” adlarını daşımış komanda aşağı dəstədə oynadığı vaxt Xanları təmsil edib. Klubun tarixindəki ilk qol 2005-ci il sentyabrı 21-də vurulub. Həmin vaxt “Şərur”u 8:0 hesabı ilə darmadağın edən “Göy-Göl”ün ilk qolunu öz qapısına yol tapan İlqar İbrahimov vurmuşdu. Avtoqolla başlayan qolların sayı 6 ilə 250-yə çatıb.
Birinci dəstə
2005/06 - 72
Premyer Liqa
2006/07 - 17
2007/08 - 33
2008/09 - 28
2009/10 - 36
2010/11 – 28
Kubok
2005/06 – 6
2006/07 – 11
2007/08 – 10
2008/09 – 8
2009/10 – 1
2010/11 – 2

0
0