Ölkənin ən titullu futbolçusu aşağı dəstədə oynayacaq
18.04.2011 - 11:44
Azərbaycan çempionatının ən titullu futbolçusu Mahmud Qurbanovun göstəricilərinin digər ölkələrin rekordçuları ilə müqayisəsi həmişə maraqlı olub. Apasport.az saytının məlumatına görə, qonşumuz Qazaxıstanın ən titullu futbolçusu bütün göstəricilərdə Mahmuddan geri qalır. Ən əsası isə vaxtilə futbolçularımızın çıxış etdiyi, indi isə həmyerlimiz Ramiz Məmmədovun baş məşqçilik etdiyi ölkənin rekordçusu daha tez “sönüb”.
7 dəfə ölkə çempionu titulunu qazanan Andrey Boqomolov 34 yaşı olsa, artıq 1-ci dəstədə oynamaq məcburiyyətində qalıb. Bu gün onun “Sunkar” klubunda çıxış edəcəyi dəqiqləşib. Vaxtilə “Yelimay”, “Jeniss”, “Kayrat” və “Aktobe” ilə çempion olan yarımmüdafiəçi qızıl medal kolleksiyasını çətin zənginləşdirsin. Bu isə o deməkdir ki, Avro-2012-nin seçmə mərhələsində də rəqibimiz olan qazaxların fəxr etdiyi oyunçu Premyer Liqamızın “qəhrəman”ından geridə qalacaq.
Qeyd edək ki, Mahmud özündən 4 yaş kiçik olan Andreydən fərqli, hələ də Premyer liqada çıxış edir. Onun hesabında 10 çempionluq var: “Kəpəz”lə 1994/95, 1997/98, 1998/99, “Şəmkir”lə 1999/2000, 2000/01, “Neftçi” ilə 2003/04, 2004/05, “Xəzər Lənkəran”la 2006/07, “İnter”lə 2007/08, “Bakı” ilə 2008/09 mövsümündə.

0
0