Mahmud Qurbanov: Gərək bacarıqlı olasan
18.04.2011 - 11:47
Azərbaycanın ən titullu futbolçusu, “Bakı” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi
- Azərbaycan milli çempionatında 400-cü oyunu keçirməyiniz axır ki reallaşdı. Bu münasibətlə sizi təbrik edirik...
- Sağ olun. Çox sevinirəm ki, bu mövsüm 400-cü oyunu keçirdim və Azərbaycanda buna nail olan ilk futbolçu oldum. Mənim üçün əlamətdar gün idi. Çempionatda bu qədər oyuna çıxmağım mənim üçün sevindiricidir. Klub rəhbərliyi bu əlamətdar hadisəyə görə məni təbrik etdi. Deyərdim ki, bu, mənim üçün bəsdir. Ancaq belə götürəndə, mən heç kimdən heç nə gözləmirəm (gülür).
- 400-cü oyununuz daha tez ola bilərdi. Amma bir müddət gözləməli oldunuz. Ümidinizi itirməmişdiniz ki?
- Ümidimi itirməmişdim və hər oyunda meydana çıxacağımı gözləyirdim. Elə oldu ki, bu, “Qarabağ”la oyuna təsadüf etdi. Yəni, burada gözlənilməz bir şey olmadı. Hansısa görüşdə 400-cü oyuna çıxmalı idim (gülür).
- “Qarabağ”la oyun haqda nə deyə bilərsiniz?
- Onu deyə bilərəm ki, bəxt bir az bizim tərəfimizdə oldu. “Qarabağ”ın hesabı açmaq imkanları bizdən çox oldu. Düşünürəm ki, həmin gün bəxt bizim tərəfdə idi.
- “Altılığ”ın ilk dövrəsi bitdi. Komandanızın final mərhələsində çıxışını necə dəyərləndirərdiniz?
- Əgər “altılıq”da qələbə qazanmamışıqsa, bu, yaxşı hal deyil. 5 oyunun 3-də heç-heçə etmişik, 2-də məğlub olmuşuq. Məncə, bu, “Bakı” kimi komandaya xas olan nəticə deyil.
- Onu da nəzərə alaq ki, çempionatda 6-cı yerdə gedirsiniz. Bəlkə liderlə xal fərqi böyük olduğundan, bütün gücünüzü kuboka saxlamasınız?
- Doğrudan da əsas diqqəti kuboka yönəltmişik. Bilirik ki, rəqibimiz güclü komandadır, çətin görüş olacaq. Ancaq düşünürəm ki, çempionatda da oynamaq lazımdır. Hər halda, “altılığ”a düşmüşüksə, qələbə qazanıb, xal ehtiyatımızı daha da artırmalıyıq. Bunu nə qədər bacarırıqsa, etməliyik.
- Mövsüm sona yaxınlaşır. Komandadakı gələcək taleyinizi necə görürsünüz?
- Hər şey rəhbərliyin əlindədir. Sözün düzü, bu məsələ hələ dəqiqləşməyib.
- Artıq 38 yaşınız var. Bu yaşda yeni müqavilə bağlamaq təklifini nə dərəcədə real sayırsınız?
- Onsuz da təkcə bizdə yox, hər yerdə futbolçunun pasportuna, yaşına baxırlar. Buna görə də bir şey deyə bilmərəm.
- Karyeranızda böyük rolu olan, uzun illər rəhbərliyi altında oynadığınız Mehman Allahverdiyev yenidən futbola qayıtdı. Onun baş məşqçisi olduğu “Gəncə”yə keçmək, karyeranızın sonunda doğma şəhərə qayıtmaq variantına necə baxırsınız?
- Hər şey mümkündür. Futbolda hər şey olur, belə də ola bilər.
- Belə demək olar ki, karyeranızı bitirmək, məşqçiliyə başlamaq haqda hələ düşünmürsünüz?
- Bunu tez saymıram. Sadəcə, bir az çətindir. O mənada ki, bu, məndən, başqasından asılı olan şey deyil. Məşqçilik işinə başlamaq istəyirəm. Ancaq elə düşünürəm ki, hər halda, indiki zamanda hardasa məşqçi kimi çalışmaq üçün belə bir şərait yoxdur.
- Yəni, iş yerləri az olduğundan, futbolçu karyerasını bitirənlərin çoxu kənarda qalır...
- Bəli. Mən iş yerlərimizin az olmalarını nəzərdə tuturam. Buna görə çox mütəxəssislərimiz işsiz qalıblar.
- Ola bilər ki, imkanlarınızın daxilində xaricdə təhsil alıb, məşqçiliyin sirlərini öyrənəsiniz...
- Düzdür. Xaricdə təhsil almaq, hansısa komandada praktika, təcrübə keçmək xeyirdir. Ancaq fikrimcə, insanın özündən də çox şey asılıdır. Gərək bacarıqlı olasan.
- Karyeranızı bitirəndən sonra klubda qalmaq variantı da ola bilər?
- İndi bu haqda danışmaq üçün münasib vaxt deyil. Hələ mövsüm getdiyindən, bu müzakirə olunmayıb. Bu dəqiqə rəhbərliyin, futbolçuların - hamının başı qarışıqdır. “Bakı”nın prezidenti Hafiz Məmmədova böyük hörmətim var. O, verdiyi sözə əməl edən şəxsdir. Əlbəttə, klub olmasa, karyeranı istədin-istəmədin qurtarmalı olacaqsan. Hələ qərar vermədiyimdən, bir şey deyə bilmərəm. Azərbaycan kubokunun yarımfinalında uğurlu çıxışı haqda düşünürük. Avropaya çıxmaq istəyirik və bu mənada ən yaxşı şansımız kubokdadır.
- Yarımfinaldakı rəqib “Xəzər Lənkəran”ı keçmək şansını necə dəyərləndirərdiniz?
- Deyərdim ki, onların da çempionluq şansı azdır. Çünki 1-ci yerdə gedən “Neftçi” ilə xal fərqi böyükdür. Yəqin ki, “Xəzər Lənkəran” da buna görə bütün gücünü kuboka qoyacaq. Görək də qismətimiz necə olacaq.
- Vaxtilə kapitanı kimi kuboku başı üzərinizə qaldırdınız “Xəzər Lənkəran”la oyunda üstünlüyü nədə sayırsınız?
- Biz ümumiyyətlə, hər oyuna ciddi yanaşıb, qələbə üçün çıxırıq. Elə oyunlar ki, bu, alınmır. Düşünürəm ki, komandamızın hər bir üzvü “Xəzər Lənkəran”la kubok oyununun bu mövsümdə ən həlledici görüş olduğunu başa düşür. Bu, Avropaya çıxmaq baxımından ən mühüm oyunlarımızdan biri olacaq. Meydana yalnız qələbə üçün çıxacağıq.
Mehman SÜLEYMANOV

0
0