Veteran futbolçumuz Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb
18.04.2011 - 12:29
Veteran futbolçu Elbrus Abbasov Ağdamda Uşaq Futbol Məktəbinin açılması üçün dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıb. APA-nın xəbərinə görə, Abbasov müraciətində bölgələrdə uşaqların məktəb və məşğələ-təlim mərkəzlərinin olmaması ucbatından peşəkar futbola gedə bilməməyini vurğulayıb.
Quzanlı qəsəbəsində müasir tipli Olimpiya İdman Mərkəzinin inşa olunduğunu və fəaliyyət göstərdiyini diqqət mərkəzinə çəkən veteran futbolçu müraciətində bildirir ki, onunla bərabər öz enerjisini və təcrübəsini Azərbaycan futbolunun inkişafına sərf etmək istəyənlər Prezident İlham Əliyevin köməyinə ehtiyac duyurlar: “Ağdamın, eləcə də qonşu Bərdə, Tərtər və Ağcabədi rayonlarından olan uşaq və yeniyetmələrin futbola olan güclü marağı Ağdam Olimpiya İdman Mərkəzinin bazasında Uşaq Futbol Məktəbinin yaranması zərurətini ortaya qoyur. Bu məktəb yaranarsa, bölgədə peşəkar futbol nəslinin yetişdirilməsinə böyük təkan ola bilər”.
Abbasov ümid edir ki, əgər Uşaq Futbol Məktəbi yaranarsa, 2-3 il ərzində ölkənin futbol klubları üçün yüksək təlim görmüş, fiziki hazırlıqlı peşəkar futbolçular hazırlamaq mümkün olar. Belə olan halda, yüksək məbləğlər hesabına legioner futbolçuların alınmasına ehtiyac qalmaz.
Veteran futbolçu APA-nın Qarabağ bürosuna bildirib ki, onlar irəli sürdükləri bu təşəbbüsə ölkə başçısının müsbət reaksiya verəcəyinə inanır və bu məktəbin yaradılmasında Prezident İlham Əliyevin şəxsən iştirak edəcəyinə ümidvardırlar .

0
0