İlk dövrəyə sözardı: “Qəbələ” “altılığ”ın çempionudur
18.04.2011 - 14:51
Azərbaycan Premyer Liqasında final mərhələsi “ekvator xətti”nə yaxınlaşdı. Apasport.az saytının məlumatına görə, futbolsevərlər ilk dövrəsi bitən “altılıq”da bundan sonra daha 5 qarşılaşmanın həyəcanını yaşayacaqlar.
Dövrlərarası fasilə olmadığından, azarkeşlər artıq həftəsonu mübarizənin davamının şahidi olacaqlar. Düz bir ay sonra - mayın 18-də mükafatların bütün sahibləri müəyyənləşəcək, ertəsi isə ikinci “altılığ”ın oyunları ilə çempionata yekun vurulacaq. Arxada qalan ilk dövrəyə nəzər saldıqda, maraqlı statistika ilə üzləşərik.
Əvvəla, “altılıq”da şərikli liderin olduğunu deyə bilərik. Yəni, yalnız “Qəbələ” ilə “Neftçi”də final mərhələsində uduzmayaraq, hamıdan çox xal toplayıblar. Əyalət təmsilçisi topların daha yaxşı fərqinə malik olduğundan, ilk dövrənin çempionu sayılmalıdır. AZAL-la “Turan” son turadək lider olsalar da, yenildiklərindən ilk 2 yeri “Qəbələ” ilə “Neftçi”yə təhvil verdilər.
Son 3 mövsümün çempionları “Xəzər Lənkəran”, “Bakı” və “İnter”in “altılığ”ın autsayderləri olması diqqət çəkir. I diviziona düşəcəkləri şübhə doğurmayan “Simurq”la MOİK final mərhələsində hərəyə 1 qələbə qazandıqları halda, “üçlük” buna nail olmayıb. Xüsusilə, “İnter”lə “Bakı”dan fərqli, çempionluğa şansı qalan “Xəzər Lənkəran”ın qalib gəlməməyi çox gözlənilməz oldu. Nəticədə 11 xal itirən lənkəranlılar çempionluq mübarizəsindən çox geri qaldı.
Cənub təmsilçisi təsnifat mərhələsinin son turunda səfərdə “İnter”i, ardından Azərbaycan kubokunun ilk 1/4 final oyununda “Neftçi”ni yenəndən sonra qalib gələ bilmir. Bundan isə ay yarıma yaxın vaxt keçir. Son çempion “İnter” “altılıq”da ən pis göstəriciyə malik komandadır.
“Altılıq” məhsuldarlığın az olması ilə də diqqət çəkdi. Hər halda, 30 oyuna 49 qolu aşağı göstərici saymaq lazımdır. Təsadüfi deyil ki, 1-6-cı yerlər uğrunda mübarizəsində oyunlar “menşe” nəticələndi. Yalnız ilk “altılığ”ın son oyununda – “Neftçi” – AZAL görüşündə 3 qol vurulduğundan, “bolşe” oldu.
Yeganə böyük hesablı qələbə də son turda qeydə alınıb. Bunun müəllifi evdə “Simurq”u 3:0 hesabı ilə yenən “Qəbələ” oldu. Bununla da məşhur Toni Adamsın çalışdırdığı komanda 4 aydan sonra böyük hesablı qələbə qazandı.
Yeri gəlmişkən, “Qəbələ”nin “Simurq”u təsnifat mərhələsində 4:0 yendiyini nəzərə alsaq, bu rəqibə evdə hər iki görüşdə böyük hesabla qalib gəldi.
“Altılıq”da yalnız bir baş məşqçi dəyişikliyi oldu ki, “Gəncə”ni 4 illik fasilədən sonra güclülər dəstəsinə çıxaran Fuad İsmayılov evdə “Simurq”a 0:1 hesablı məğlubiyyətdən sonra istefaya göndərildi. Bu, final mərhələsində II turunda baş verdi və “Gəncə” “altılıq”da yeganə qələbəsini də yeni çalışdırıcı Mehman Allahverdiyevin vaxtında qazandı.
Premyer Liqamızda final mərhələsinin turnir cədvəli
Mehman SÜLEYMANOV

| Komanda | O | Q | H | M | Qollar | Xallar |
1 | Qəbələ | 5 | 3 | 2 | 0 | 9-3 | 11 |
2 | Neftçi | 5 | 3 | 2 | 0 | 6-3 | 11 |
3 | AZAL | 5 | 3 | 0 | 2 | 4-3 | 9 |
4 | Turan | 5 | 3 | 0 | 2 | 4-4 | 9 |
5 | Muğan | 5 | 2 | 2 | 1 | 7-5 | 8 |
6 | Qarabağ | 5 | 2 | 2 | 1 | 3-1 | 8 |
7 | Gəncə | 5 | 1 | 2 | 2 | 4-4 | 5 |
8 | MOİK | 5 | 1 | 2 | 1 | 3-5 | 5 |
9 | Xəzər Lənkəran | 5 | 0 | 4 | 1 | 2-3 | 4 |
10 | Simurq | 5 | 1 | 0 | 4 | 3-9 | 1 |
11 | Bakı | 5 | 0 | 3 | 2 | 1-3 | 3 |
12 | İnter | 5 | 0 | 3 | 2 | 3-6 | 3 |
Mehman SÜLEYMANOV
0
0