“Neftçi” necə çempion olur?
18.04.2011 - 15:04
Premyer Liqanın sonun 5 tur qalmış Azərbaycan çempionu ilə bağlı suala böyük ölçüdə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Neftçi” ən yaxın izləyicilərindən 8 xal uzaqlaşmaqla, qızıl medal qazanacağına şübhə edənlərin sayını azaldıb.
“Ağ-qaralar”ın belə xal fərqini necə qazanması haqqında futbol ictimaiyyətində müxtəlif fikirlər formalaşıb. Lakin məsələnin bu deyil, digər tərəfinə baxmaqla, hansı komandaların hesabına üstünlük əldə olunduğu görünər. Söhbət lider və çempionluğa nəzəri də olsa şansları qalan “Xəzər Lənkəran”la “Qarabağ”ın eyni rəqiblərlə matçlardakı qazandığı xallardan gedir.
İlk növbədə 3 lider arasında şəxsi görüşlərə baxsaq görərik ki, “Neftçi” “Xəzər Lənkəran”, “Qarabağ” isə “Neftçi” qarşısında aciz qalıb. Bakılılar lənkəranlılardan 2 xal alıbsa, ağdamlılara cəmi 1-ni verib. Ümumiyyətlə, bu 3 komandanın mübarizəsində ilk 2 yerin sahibi hərəyə 9, “Qarabağ” cəmi 5 xal qazanıb.
Digər 9 komandaya gəlincə, “Simurq”la MOİK heç kimə badalaq vura bilməyib. Digər 7 komandadan 4-ü – “Bakı”, AZAL, “Qəbələ” və “Muğan” daha çox “Neftçi”yə xal verib. “İnter” isə daha çox “Qarabağ”a sərf edən rəqibdir. Qərb komandaları isə 1 rəqibinə badalaq vurublar. “Turan” “Neftçi”nin izləyicilərini, “Gəncə” isə “Xəzər Lənkəran”ın rəqibi olan yerli baş məşqçiləri sevindirib.
Liderlər kimdən neçə xal alıb?

| “Neftçi” | “Xəzər Lənkəran” | “Qarabağ” |
Neftçi | - | 5 | 1 |
“Xəzər L | 2 | - | 4 |
Qarabağ | 7 | 4 | - |
AZAL | 7 | 6 | 4 |
İnter | 5 | 5 | 6 |
Bakı | 6 | 3 | 4 |
Qəbələ | 4 | 3 | 3 |
Muğan | 6 | 4 | 4 |
Gəncə | 6 | 3 | 6 |
Turan | 4 | 6 | 6 |
Simurq | 6 | 6 | 6 |
MOİK | 6 | 6 | 6 |
| 59 | 51 | 50 |
0
0