Baş məşqçi futbolçunun anasına lüt şəkil göndərib, istefa verdi
18.04.2011 - 15:23
Baş məşqçi futbolçunun anasına lüt şəkil göndərib, istefa verdi
Yeni Zelandiyanın gənclərdən ibarət milli komandasının baş məşqçisi Stiv Keyn kuryoz səbəblər üzündən vəzifəsindən ayrılıb. Apasport.az saytının məlumatına görə, çalışdırıcının istefa verməsinə onun çılpaq şəkillərinin üzə çıxması səbəb olub.

Keyn bədəninin bəzi yerləri görünən şəklini internet vasitəsilə futbolçularından birinin anasına göndərib. Mütəxəssis bunu içkili ikən etdiyini boynuna alıb. Onun sözlərinə görə, əvvəl həmin oyunçunun anası öz çılpaq şəklini Keynə göndərib və cavab məktubunda şəkil istəyib.

Lakin həmin xanımın oğlu milli komandaya çağırılmadıqda valideyn baş məşqçinin şəkillərini futbol federasiyasına təqdim edib.

Federasiya rəhbərliyi məsələyə şərh verməkdən boyun qaçırıb. Onlar bildiriblər ki, Keyn öz istəyi ilə istefa verib və gələcəkdə yenidən yığmalarda çalışa bilər.

Qeyd edək ki, Keyni ifşa edən xanımın oğlunun adı gizli saxlanılır.