“Qəbələ” “Çelsi” və “Trabzonspor”la üz-üzə
18.04.2011 - 15:36
“Qəbələ” “Çelsi” və “Trabzonspor”la üz-üzə
2-ci Beynəlxalq Kuşadası turnirində iştirak edəcək “Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandasının oyunlarının təqvimi müəyyənləşib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, artıq “Qəbələ”nin qrup mərhələsində qarşılaşacağı komandaların adları da məlumdur.

Təmsilçimiz ilkin mərhələdə “Çelsi”, “Trabzonspor”, “Altay”, Adana Gənclərbirliyi” və “Berlin Türkiyəmspor”la mübarizə aparacaq. Turnirin açılış günündə - aprelin 20-i “Qəbələ” müvafiq olaraq 3 komanda ilə - “Trabzonspor”, “Çelsi” və “Adana Gənclərbirliyi” ilə üz-üzə gələcək. Bir gün sonra isə təmsilçimiz “Altay” və “Berlin Türkiyemspor”la münasibətlətini aydınlaşdıracaq.

Qrup oyunları tək hissədən ibarət olacaq və 25 dəqiqə davam edəcək. Qrup mərhələsindən sonrakı matçlar yenə tək hissəli, amma 35 dəqiqə oynanılacaq. Yalnız final matçının qalibi iki 20 dəqiqəlik hissədə müəyyənləşdiriləcək.

Bundan əlavə Akademiya rəhbərliyi turnir boyunca təşkil olunacaq “Futbol İnfrastruktruna Baxış” movzusunda seminar da iştirak edəcək.

Qeyd edək ki, aprelin 19-u Türkiyəyə yollanacaq qəbələlilər qardaş ölkəyə 27 nəfərlik heyətlə gedəcək: Yusif Şirinov, Aleksey Dedyukin, Həsənağa İsmayılov, Bəhlul Mustafazadə, Ayhan Əsədov, Mirəli Məmmədzadə, Fərid Məmmədov, Samir Musayev, Ülvi İskəndərov, Əli Səmədov, Fuad Bayramlı, Qədir Bayramlı, Çingiz Hüseynov, Sahil Mirzəyev, Yusif Nəbiyev, Roman Hüseynov, Fərid Əsədli, Orxan Mehrəlizadə. 5 günlük turnir müddətində “Aqua Fantasy AquaPark Hotel”də məskunlaşacaq komandaya “Qəbələ” Futbol Akademiyasının direktoru Ali Yavaş başçılıq edəcək.