Toya hazırlaşan futbolçu avtomobil qəzasında öldü
18.04.2011 - 16:05
Nigeriya yığmasının futbolçusu Olibayo Adefemi dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, Yunanıstanın “Ksanti” klubunun şərəfini qoruyan 25 yaşlı afrikalı avtomobil qəzasında vəfat edib.
Hadisə Kavaladan Selanikə gedərkən baş verib. Toy hazırlıqları üçün bu şəhərə yollanan Adefemi idarə etdiyi avtomobilin nəzarətini itirərək, qəza qurbanına çevrilib.
Qeyd edək ki, Nigeriya yığmasında 3 görüş keçirən Olibayo bu mövsüm “Ksanti”nin heyətindən 24 görüşdə forma geyinib.

0
0