Futbolçu uzun saqqalına görə ölkə çempionatına buraxılmadı
19.04.2011 - 09:37
Tacikistan futbolunda kuryoz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, yüksək liqada oynayan “Hayr” klubunun futbolçusu Pərviz Tursunov uzun saqqalına görə yeni mövsümün matçlarına buraxılmayıb. Bunu şərh edən komandanın baş məşqçisi Tahir Muminov jurnalistlərə bildirib ki, rəhbərliyin xarici görünüşü ilə bağlı ona etirazı yoxdur: “Ancaq futbolçumuzu görkəmi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) ilə problemi var. Pərviz saqqalı ilə bağlı məsələni nə qədər həll etməyib, onun yoxluğu komandanın oyununa mənfi təsir göstərir. Tursunov komandanın universal futbolçularından biridir. O, həm müdafiə, həm də hücum xəttində qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilər”.
Pərviz isə mətbuata açıqlamasında saqqal və futbol arasında seçim etməli olsa, birinciyə üstünlük verəcəyini bildirib: “Çünki futbol bu dünyadadır, biz isə əbədilik haqda düşünməliyik. Saqqal saxlamaq Məhəmməd peyğəmbərin ən vacib kəlamlarından biridir”.
Tacikistan DİN-in mətbuat xidmətində bəyan ediblər ki, nazirliyin rəhbərliyi idmançıların saqqal saxlaması ilə bağlı sərəncamı yoxdur. Bununla bağlı vətəndaşlara təzyiq edən DİN-in əməkdaşları şəxsiyyətləri müəyyənləşəcəyi halda cəzalandırılacaqlar.

0
0