Rumıniyalı hokkeyçi Azərbaycan futbolunda çempion olubmuş...
19.04.2011 - 11:02
Azərbaycan çempionatında baş verənləri yaxından izləyən Rumıniya mətbuatı “Xəzər Lənkəran”ın sabiq futbolçusu Robert İlyeşi xatırlayıb. Apasport.az saytının məlumatına görə, rumıniyalılar 37 yaşlı yarımmüdafiəçi haqda hazırladıqları yazıda onun karyerasını vərəqləyiblər.
İlyeşin 2006-2007-ci illərdə Azərbaycanda çempion və kubokun sahibi olmasını qeyd edən həmkarlarımız bəzi maraqlı məqamlara da aydınlıq gətiriblər.
Sən demə, İlyeş uşaq ikən futbol yox, buz üstü hokkeylə məşğul olub. Sonradan şaybanı topa dəyişib. Lakin balaca hokkeyçi sonda futbol üzrə Azərbaycan çempionuna qədər yüksəlib.
2007-ci ildə ölkəmizdən ayrılandan sonra “Braşov”la anlaşan yarımmüdafiəçi hələ də karyerasını davam etdirmək niyyətindədir. Hər halda, bu günlərdə klub rəhbərliyi ona yeni müqavilə təklif edib. O, kapitanı olduğu komandada özünə yeni ad da qazanıb – “Braşovun Skoulzu”.
Buna “Mançester Yunayted”in əfsanələrindən olan Pol Skoulzla təvəllüdü (1974), ampluası (mərkəz yarımmüdafiəçisi), başının görkəmi ilə oxşarlığı səbəb olub. İlyeşi həm də orkestr-adam kimi xarakterizə edən həmkarlarımız onun meydanda hər işi gördüyünə də biganə qalmayıb.

0
0