Vlastimil Petrjela üçün yeni müqavilə
19.04.2011 - 13:30
 Vlastimil Petrjela üçün yeni müqavilə
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela Çexiya mətbuatının gündəminə düşüb. Apasport.az saytının məlumatına görə, buna çex mütəxəssisin yeni müqavilə imzalaması səbəb olub.

Petrjela cari mövsümdən rəhbərlik etdiyi Slovakiya “Mixaloviç”i ilə anlaşmanı uzadıb. Yeni müqaviləyə əsasən Petrjela daha 2 il, 2012/13 mövsümünün sonuna qədər bu klubda işləyəcək.

Qeyd edək ki, Petrjela 2007/08 mövsümünün gedişində “Neftçi”yə rəhbərlik edib.