Azarkeşləri “Xəzər Lənkəran”ı ziyana saldı
19.04.2011 - 13:37
Azarkeşləri “Xəzər Lənkəran”ı ziyana saldı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran” Azərbaycan Premyer Liqasının ötən turunda “İnter”lə ev oyununun 39-cu dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün 2000 manat cərimələnib. “Muğan” 4 futbolçusu “Turan”la görüşdə sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunub.

Digər liqalarda olan xoşagəlməz olaylara da hüquqi qiymət verən qurum üzvləri U-13 Liqasının iştirakçısı olan “Turan”ın baş məşqçisi Roman Məmmədov ağır cəzalandırıb. Belə ki, o Mingəçevirinin UGİM komandası ilə görüşdə meydançaya daxil olaraq hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalandırılıb.