“Bakı” “Beşiktaş”la oynaya bilər
19.04.2011 - 14:00
“Bakı” beynəlxalq turnirə dəvət olunub. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, komandamız İzmirdə təşkil olunacaq yarışda ölkəmizi təmsil edəcək.
“Bucaspor” Futbol Akademiyası tərəfindən təşkil edilən 3-cü beynəlxalq futbol turniri həftəsonu start götürəcək. Bu il 13 yaşlılar arasında Seyit Mehmet Özkan bazasında keçiriləcək turnirə 6 komanda qatılacaq. Aprelin 23-24-də olacaq yarışda “Bucaspor” və “Bakı” ilə yanaşı, Türkiyədən “Beşiktaş” və “Trabzonspor”, Almaniyadan “Berlin Türkiyəmspor”la “Staaken” komandası oynayacaq. Turnir bir dövrədən ibarət olacaq və ən çox xal toplayanlara kuboklar veriləcək.
Qeyd edək ki, “Qəbələ”nin 14 yaşlılardan ibarət komandası da bu həftə Türkiyədəki beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək.

0
0