Çempionatın faydasız əcnəbilərini yayda və qışda transfer olunanlara ayırmaq olar. Ötən ilin yayından ölkəmizdə çıxış edənlərin də özlərini 2 qrupa ayırmaq lazımdır: Artıq geri göndərilənlər və hələ də gününü Azərbaycanda keçirənlər. Birincilərə aid olan 5 futbolçu var ki, onlar 1-2 oyunda meydana çıxmaqla “səviyyəsini” göstərib.
futbolçu | oyun | klubu |
Vadim Kriçmar | 1 | Muğan |
Vladimer Burduli | 1 | Neftçi |
Marat Dzaxmişev | 1 | Turan |
Davit İmedaşvili | 1 | Xəzər Lənkəran |
Abiodun Laval | 2 | AZAL |
Cari mövsüm elə legionerlər də olub ki, onların yalnız adlarını görmüşük. Bəzən əvəzedici heyətdə çıxış edən bu oyunçular hələ də Premyer Liqada meydana çıxmayıb. Belə gəlmələr, əslində 7 nəfər olsa da, onlardan biri milliləşən dağıstanlı Osman Umarovdur.
futbolçu | klubu |
Osman Umarov | Qarabağ |
Veliçko Veliçkov | Qəbələ |
Julio Sezar Almeyda | Qəbələ |
Lopes Marko Tujino | Turan |
Zurab Xurtsidze | Turan |
Marius Kazlauskas | AZAL |
Nəriman Həsənov | Muğan |
Nadir hallarda da olsa, meydana çıxan legionerlər isə 2 qrupda yer alır. Bunlardan bəziləri qışda gəlsə də, baş tutan 8 turda o qədər də şans qazanmayıb.
futbolçu | klubu | oyun | Dəqiqə |
Yevgeni Kopil | Xəzər Lənkəran | 1 | 90 |
Yasin Hima | Neftçi | 2 | 45 |
Con Kollins | Qəbələ | 2 | 149 |
Alhassan Banqura | Qəbələ | 3 | 242 |
Nikolae Musat | Xəzər Lənkəran | 3 | 225 |
İndiki klubunda 1 oyun keçirmiş Jivko Jelev (“Simurq”), Baçana Sxadadze (“İnter”) və 3 matça çıxan Mario Souza (“Simurq”) faydasız legioner sayılır. Lakin onlar mövsümün ilk 19 turunda başqa klubda çıxış ediblər. Yayda klubu dəyişmək isə faydasız olub. Hərçənd Jelev əvvəl də heç nə ilə fərqlənməyib. Mövsüm boyu oyunların heç 25 faizində də oynamayan futbolçular da var. Bunlar 7-dən az qarşılaşmanın iştirakçısı olmuş 8 əcnəbidir ki, onlardan ikisi milliləşən rusiyalıdır. Ruslan Kurbanov daha çox əvəzedici heyətdə yer alırsa, Sergey Sokolov karyerasının sonlarını yaşadığından heyətə düşmək uğrunda mübarizə apara bilmir.
Futbolçu | klubu | oyun | Dəqiqə |
Şamil Saidov | Turan | 1 | 5 |
Ruslan Kurbanov | Neftçi | 2 | 46 |
Marko Tulio | Turan | 2 | 110 |
Jivko Jelev | İnter+Simurq | 2 | 168 |
Xalidu Sissoko | Bakı | 3 | 270 |
Daniel Genov | İnter | 5 | 73 |
Patrik Nukeu | Gəncə | 6 | 220 |
Sergey Sokolov | Qəbələ | 6 | 540 |