“Milan” qocalarla vidalaşır
19.04.2011 - 22:05
Həftəsonu hər iki izləyicisinin - "İnter" və "Napoli"nin turu xalsız bağlamasının ardından qazandığı qələbə ilə çempionluğa bir addım da yaxınlaşan "Milan" artıq gələn mövsüm haqda düşünməyə başlayıb. Apasport.az saytının xəbərinə görə, qarşıdakı futbol ilində bəzi qoca futbolçularla vidalaşmağı düşünən "rossonyerlər" əvəzində gənc və istedadlı oyunçular almağı planlaşdırır.
Klubun hədəfindəki əsas futbolçulardan biri isə cari mövsüm "Portu"da parlayan Halkdı. "La Qazetta dello Sport"un xəbərinə görə, "Milan" rəhbərliyi komandası ilə yeni müqavilə imzalamaqdan boyun qaçıran braziliyalı ilə yaxından maraqlanır. Daha əvvəl mətbuat vasitəsilə forvarda maraqları olduğunu bildirən "Mançester Siti" və "Çelsi"nin isə bu işdə "Milan"a rəqib olacağı gözlənilir.
Xatırladaq ki, 2008-ci ildən "Portu"nun şərəfini qoruyan Halk cari mövsüm Portuqaliya çempionatında 24 oyun keçirib. O, bu matçlarda 22 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

0
0