Vəli Qasımov: “Barselona” ilə matçın hakimi bizdən üzr istədi
19.04.2011 - 23:02
Vəli Qasımov: “Barselona” ilə matçın hakimi bizdən üzr istədi
“Birinci hissədə yaxşı oynadıq. Komanda mübarizə apardı. Fasilədən sonra temp bir qədər aşağı düşdü”. Apasport.az saytının xəbərinə görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımov deyib.

Millimiz İtaliyanın Olbiya şəhərində təşkil olunmuş beynəlxalq turnirə məğlubiyyətlə başlayıb. İspaniyanın “Barselona” klubunun müvafiq yaş qrupundan ibarət komandasına 2:4 hesabı ilə uduzan yığmamızın çalışdırıcısı matçın baş hakimini də günahlandırıb: “Nəticənin bu cür olmasında hakim səhvi də rol oynadı. Hesab bərabər olarkən, rəqibimiz üçüncü qolu oyundankənar vəziyyətdən vurdu. Hətta buna görə oyun başa çatdıqdan sonra hakim bizdən üzr istədi. Ümumi götürdükdə, komanda oyun planında kənardan pis görünmürdü”.