“Milan”ın futbolçusu millimizə qarşı oynamaqdan imtina etdi
20.04.2011 - 09:15
“Milan”ın futbolçusu millimizə qarşı oynamaqdan imtina etdi
İtaliyanın “Milan” klubunun futbolçusu Aleksandr Merkel Azərbaycan milli komandası ilə rəsmi oyunda iştirakdan imtina edib. Apasport.az saytının məlumatına görə, Qazaxıstanda anadan olaraq, sonradan Almaniyaya köçən gənc yarımmüdafiəçi millimizin Avro-2012-nin seçmə mərhələsində rəqibinə namizəd olsa da, onun şərəfini qorumaqdan boyun qaçırıb.
Qazaxıstan yığmasının çexiyalı baş məşqçisi Miroslav Beranek bunu açıqlamaqla Merkel məsələsinə hələ ki son qoyub: “Yəqin ki, mən sizi təəccübləndirəcəyəm, ancaq Merkel hələ Qazaxıstan yığmasında oynamaq istəmir. Onun arzusu Rusiya, yaxud Almaniya yığmasının heyətində oynamaqdır”.

Beranek həmçinin bildirib ki, Qazaxıstan Futbol Federasiyasının seleksiya və təhlil şöbəsi qazax kökləri olan bir sıra futbolçuların yığmaya namizədliyini nəzərdən keçirir. Bunlar Almaniyada oynayan Yuri Yudt (“Nürnberq”), Roman Noyştedter (“Borussiya, Münhenqladbaxt), Villi Yevseyev (“Hannover-96”), Maks Kremer (“Hanza”), Sergey Noybauer (“Kayzerslauten”), Konstantin Engeldir (“Osnabryuk”).

Qeyd edək ki, Qazaxıstan növbəti rəsmi oyununu iyunun 3-də evdə yığmamızla keçirəcək.