Yığmamız Sardiniya kubokunda mübarizəni dayandırdı - YENİLƏNİB
20.04.2011 - 13:51
Bu gün İtaliyada keçirilən Sardiniya kubokunda qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, komandalar əvvəl 2-ci, sonra isə 3-cü turun qarşılaşmalarına çıxacaq.
Yarışda iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası artıq başa çatan 2-ci turun qarşılaşmasında İtaliya təmsilçisi “Napoli” ilə görüşüb. Yığmamız 1:3 hesabı ilə məğlub olub. Komandamızın qolunu penalti zərbəsindən Nurlan Novruzov vurub. Bununla da Vəli Qasımovun yetirmələri axşam saatlarında baş tutacaq 3-cü turun oyunlarından asılı olmayaraq, turnirdə çıxışını başa vurub.
Qeyd edək ki, millimiz qrupun açılış oyununda İspaniya “Barselona”sına 2:4 hesabı ilə uduzmuşdu. Son turda üz-üzə gələcək “Napoli” ilə “Barselona” hərəyə 3 xal topladığından artıq 1/4 finala yüksəlib.

1 | “Barselona” | 1 | 1 | 0 | 0 | 4-2 | 3 |
2 | “Napoli” | 1 | 1 | 0 | 0 | 3-1 | 3 |
3 | Azərbaycan | 2 | 0 | 0 | 2 | 3-7 | 0 |
0
0