“Mayns” rəsmisi: Onda Azərbaycan haqda düşünməyəcəyik
20.04.2011 - 11:08
 “Mayns” rəsmisi: Onda Azərbaycan haqda düşünməyəcəyik
Almaniyada “Mayns” klubunun uğursuzluqları müzakirə mövzusuna çevrilib. Apasport.az saytının məlumatına görə, mövsümün startında Bundesliqanın liderlərindən olan komandanın artıq mükafatlar uğrunda mübarizədən qopması alman həmkarlarımızın diqqətindən kənar qalmayıb. Almanlar “Mayns”ın artıq avrokuboklarda oynamaq şanslarının da az qalması ilə bağlı klubun meneceri Kristian Heydellə danışmağı lazım bilib.

Klub rəsmisi qitə miqyaslı turnirlərə çıxmayacaqları halda, bunu faciə kimi qəbul etməyəcəklərini bildirib: “Avropa klub turnirlərindən kənar qalmağımız faciə deyil. Bu, sadəcə boş şeydir. Belə olacağı halda, Bundesliqanın növbəti mövsümünü düşünəcəyik. Hər halda, Azərbaycan və ya Litva haqda fikirləşməyəcəyik”.

Qeyd edək ki, 30 turdan sonra hesabında 48 xal olan “Mayns” Bundesliqada 5-ci pillədə qərarlaşıb.