Bahodir Nasimov Kiyevdə oynaya bilər
20.04.2011 - 12:30
Bahodir Nasimov Kiyevdə oynaya bilər
Bakının “Neftçi” klubunun futbolçusu Bahodir Nasimovun şərəfini qoruduğu Özbəkistan milli komandasının növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, asiyalılar iyunun 1-də Ukrayna yığması ilə görüşəcək. Avro-2012-nin təşkilatçıları ilə qarşılaşma Kiyevdə baş tutacaq.
Qeyd edək ki, ötən ilin yayından “Neftçi”də çıxış edən Nasimov bu müddətdə bir neçə dəfə yığmaya çağırılıb.