AFFA ilə UNİCEF arasında memorandum imzalandı
20.04.2011 - 12:08
Son dövrlərdə AFFA-nın qadın futbolunun inkişafı ilə bağlı həyata keçirdiyi layihələrə UNİCEF tərəfindən dəstək verilməsi ilə bağlı aparılan danışıqlar müsbət nəticələnib. Apasport.az saytının məlumatına görə, bu gün AFFA-nın inzibati binasında tərəflər arasında Əməkdaşlıq Memorandumu imzalanıb. AFFA-nın baş katibi Elxan Məmmədov və UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevardın imzaladığı memorandum bir sıra məsələləri özündə birləşdirir.
Qarşılıqlı razılaşmaya əsasən, AFFA və UNİCEF idman vasitəsilə uşaq, yeniyetmə və gəncləri sağlam həyat tərzinə istiqamətləndirmək məqsədilə birgə layihələr həyata keçirəcəklər. Daha çox sayda qızların futbola cəlb olunması, qadın məşqçilərin sayının artırılması üçün müvafiq işlər görüləcək. Futbolla məşğul olan qızlar öz həmyaşıdları arasında uşaq hüquqlarının qorunmasını və sağlam həyat tərzini təbliğ edəcəklər. Bütün regionlarda qızlar arasında futbolun təbliği məqsədilə 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının üzvləri tərəfindən master-klass-ların, “U-16 UNİCEF qızlar Liqası”nda çıxış edən komandaların iştirakı ilə müxtəlif bölgələrdə oyunların keçirilməsi, həmçinin qızlar üçün yay düşərgələrinin təşkili, bu düşərgələrə valideynlərin və məktəblərin cəlb olunması nəzərdə tutulub.
Qeyd edək ki, 2007-ci il sentyabrın 14-də AFFA ilə UNİCEF arasında imzalanmış tərəfdaşlıq memorandumu çərçivəsində bir sıra layihələr həyata keçirilib.
Mənbə: affa.az

0
0