“Xəzər Lənkəran”ın sabiq futbolçusu xanımını məhkəməyə verdi
20.04.2011 - 12:10
“Xəzər Lənkəran” klubunun rumıniyalı sabiq futbolçusu Klaudiu Radukanu keçmiş həyat yoldaşını məhkəməyə verib. Apasport.az saytının məlumatına görə, ərinə dəfələrlə xəyanət etdiyi Rumıniya mətbuatında yer aldıqdan sonra futbolçudan ayrılan Alisanın növbəti fırıldaqları da aşkarlanıb.
Klaudiunun vaxtilə oynadığı “Universtatya” (Kluj) klubundan ala bilmədiyi 20 min avronu xanımı da unutmayıbmış. Sabiq ərinin pulu üçün klujlulara müraciət edən Alisa istəyinə çatıb. Anası ilə birlikdə qurduğu plan üzrə Radukanunun imzasını atmaqla həmin pula yiyələnib.
Futbolçu klub rəhbərliyinə pulu üçün müraciət etdikdə isə məlum olub ki, “Universtatya”nın artıq ona borcu yoxdur. İndi Klaudiu Alisanın arasındakı məsələni həll etmək üçün yeganə çıxış yolu məhkəməni görür.
Qeyd edək ki, Radukanu 2007/08 mövsümündə “Xəzər Lənkəran”da çıxış edərək mövsümün sonunda komandadan qovulub.

0
0